Zaqatalada postu meşə yolu ilə keçməyə cəhd edən şəxs saxlanılıb...

02 2020 13:37

Zaqatala və Qax rayonları arasında yaradılan postda yoxlanış zamanı Ağdam rayon sakini Aqil Hətəmovun idarə etdiyi “Mersedes” markalı yük avtomobilində icazəsi olmayan sərnişin aşkar edilib. Polislər tərəfindən sürücü Aqil Hətəmovun icazəsinin olduğu müəyyən edilsədə onun qanunsuz sərnişini Tərtər rayon sakini Paşa Məmmədovun hər hansısa bir icazəsinin olmadığı ortaya çıxıb. Avtomobildən düşürülən Paşa Məmmədov oradan meşə yolu ilə qaçaraq postu keçməyə və bir qədər aralıda onu gözləyən yük avtomobilinə əyləşməyə cəhd edib. Ancaq polislərin çevikliyi nəticəsində o, və yük avtomobilinin sürücüsü saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Karantin rejimi qaydalarını pozduqları üçün onlar barəsində müvafiq qanunauyğun tədbirlər görülüb.