Karantin dövründə gecəsini gündüzünə qataraq işləyən polislərimiz...

02 2020 13:14
Karantin dövründə əksər insanlar evdə qalarkən gecəsini gündüzünə qataraq işləyənlər də oldu. Söhbət polislərimizdən gedir. Koronavirusla həkimlər kimi ön cəphədə döyüşən polislər də öz həyatlarını heçə sayaraq vətəndaşların sağlamlığı və təhlükəsizliyi üçün əllərindən gələni etdilər və edirlər.
Pandemiyanın yayıldığı bir vaxtda risk qrupuna aid olanlardan biri də məhz polislərdir. Yoluxmanın artmaması üçün bütün lazımı tədbirləri görən polislərimiz karantin günlərində yüksək əzm və əsl fədakarlıq nümayiş etdirirlər. Artıq uzun müddətdir ki, gücləndirilmiş iş rejimində çalışan Şəki polisi də vətəndaşları saxlayır, icazələri yoxlayır, mövcud vəziyyətlə əlaqədar maarifləndirir və qayda pozanları intizama dəvət edir. Onların işi isə heç də asan deyil. Nəzərə alsaq ki, evdən əsəbi çıxan, gərginlik, stress içində olan, qaydaları bilməyən, yaxud anlamaq istəməyən yüzlərlə insanla rastlaşırlar. Sakinlər də polislərimizin öz həyatlarını risk altına alaraq çalışmalarını təqdir edir. Yumşaldılma tədbirləri aparılsa da karantin rejimi hələ davam edir. Bu isə polis əməkdaşlarının üzərinə daha böyük məsuliyyət qoyur. Nəticədə evdən çıxanlar artıqca polisin işi bir qədər də çətinləşir. Odur ki, polislərimizə işlərində səbr və uğurlar diləyirik.