Qaxda ipəkqurdunun paylanılmasına başlanıldı...

30 2020 14:40

Çin Xalq Respublikasından alınan 15 min və ilk dəfə Qax Damazlıq İpəkçilik Stansiyasında istehsal edilmiş 5000 qutu hibrid ipəkqurdu toxumu Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyularaq 11 gün ərzində dirildilib. Dirildilmiş ipəkqurdunun paylanılmasına başlanılıb. Bu mövsümdə Respublikanın 40 rayonunda barama yetişdiriləcək. Bərdə, Füzuli, Ağcabədi, Kürdəmir, Qubadlı, Zəngilan, Ucar, Zərdab rayonlarına artıq 6855 – qutu ipəkqurdu paylanılıb. 3 gün ərzində digər rayonlara da ipək qurdunun paylanılması tamamən başa çatacaq. İpək qurdunun Aran rayonlarına paylanılması prosesində Kənd Təsərrüfatı Naziri İnam Kərimov da iştirak edib. O qurdun dirildilmə şəraiti ilə tanış olub. Stansiyada ilk dəfə 5 min qutu ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının hazırlanması və çoxaldılması həyata keçirilib ki, həmin qurd ilkin eksprimentini aparmaq məqsədilə 10 gün əvvəldən dirildilib. Ötən il Respublika üzrə ən yüksək nəticə göstərən rayonlardan biri də Füzuli rayonu olub ki, onlar götürdükləri 150 qutu ipək qurdundan 49 ton yaş barama istehsal etməyə müvəffəq olublar. Qeyd edək ki, gələn ildən Qax Damazlıq ipəkçilik Stansiyasında daha çox ipəkqurdu toxumunun yetişdirilməsi nəzərdə tutulur.