Qaxda keçi oğrusu saxlanılıb...

29 2020 17:46

Qax Rayon Polis Şöbəsinə rayonun Ləkit kəndində yerləşən fermadan yanvar ayından aprel ayınadək olan müddət ərzində ümumi dəyəri 11 min manata yaxın olan 75 baş xırdabuynuzlu heyvanın oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşları istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 75 baş keçini oğurlayan şəxsin həmin fermada çoban işləyən Zaqatala rayonu Gözbarax kənd sakini Şirin Məmmədov olduğunu müəyyən edib. O, şübhəli şəxs qismində saxlanılıb. O, keçiləri Qax və Zaqatala rayonlarında ayrı-ayrı şəxslərə satdığını bildirib. Əldə etdiyi pulu isə özünün əyləncəsi üçün xərcləyib. Polis əməkdaşları tərəfindən həmin heyvanları alan şəxslər də müəyyən edilib.