Avropa Laqunları Azərbaycanda...

24 2020 17:33

Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dair dövlət proqramı çərçivəsində Azərbaycana xarici ölkələrdən iri və xırdabuynuzlu heyvanlar gətirilir. Yeni sortlar xüsusən də məhsuldar olması ilə fərqlənirlər. Məhz bu amil fermerlərdə marağı daha da artırır. Bu dəfə xırdabuynuzlu heyvandarlıqla məşğul olanlar Avropadan 700 baş Laqun qoyunu gətiriblər. Laqun qoyunları Azərbaycana Fransadan gətirilib. Bu heyvanlar ölkəyə gətirilməmişdən qabaq onların yerli şəraitə uyğunlaşması araşdırılıb. Yeni sortların yerli qoyunlardan fərqli xüsusiyyətləri çoxdur. Xüsusən də bu heyvanlar ətlik və südlük üçün daha yararlı olması ilə seçilirlər. Ölkəyə hələlik yalnız 400 baş damazlıq qoyun gətirilib, tezliklə daha 300 heyvanın da bu sıraya əlavə olunacağı gözlənilir. Yaxın gələcəkdə isə Laqun sortunun ümumi sayının 2 min başa çatdırılması planlaşdılır. Qeyd edək ki, heyvanların damazlıq tərkibinin yaxşılaşdırılmasına dövlət dəstək göstərir. Belə ki, xaricdən gətirilən damazlıq sortlara fermer 25 faiz ilkin ödəniş edir, qiymətin 60 faizini dövlət ödəyir, qalan 15 faizi isə 3 il müddətində kreditləşdirilir.