Zaqatalada da koronavirus əleyhinə mübarizə tədbirləri davam etdirilir...

23 2020 15:22

Dünyanı cənginə alan koronovirus təhlükəsinə qarşı respublikanın hər yerində olduğu kimi Zaqatalada da mübarizə tədbirləri davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərar və tövsiyələrinə uyğun olaraq, şəhərin əsas küçə və prospektlərində, bazar və yaşayış massivlərində genişmiqyaslı dezinfeksiya işləri aparılıb. Küçə və xiyabanlar texnikaların köməkliyi ilə xüsusi məhlulla yuyulub.