Şəki sakini polisə bıçaqla xəsarət yetirmək istədi...

21 2020 17:17

Şəkidə polisə xəsarət yetirməyə cəhd edən şəxs saxlanılıb. Xüsusi karantin rejimi ilə əlaqədar Şəki Şəhər Rayon Polis şöbəsinin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb etdikdə o, polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq onlara müqavimət göstərib. Polislər həmin şəxsi intizama dəvət edib, ancaq o, qanunsuz hərəkətlərinə davam edərək bıçaqla polisə xəsarət yetirməyə cəhd edib. Polis əməkdaşlarının cəld hərəkəti və çevikliyi nəticəsində həmin şəxs zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə polis şöbəsinə gətirilib. Polis şöbəsində onun şəhər sakini Sərvan Yusifov olduğu müəyyən edilib. Sərvan Yusifovun karantin rejimi qaydalarını pozaraq icazəsiz küçəyə çıxdığı və yüngül dərəcəli sərxoş olduğu məlum olub.