İsmayıllı sakini həmkəndlisinin avtomobilini atəşə tutub...

20 2020 17:25

Hadisə İsmayıllı rayonunun Namazgah kəndində qeydə alınıb. Kənd sakini Qalib Mürsəlov ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Fərman Mirzəzadəyə məxsus “LADA-21214” markalı avtomobilə qismən ziyan vurub. İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən xuliqanlığı törətməkdə şübhəli bilinən Qalib Mürsəlov saxlanılıb və ondan sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb. Faktla əlaqədar cinayət məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi açılıb.