Qəbələ küçəsində gəzişən ayı balası...

20 2020 12:32

Adətən bu vaxtlar turistlə qaynayan lakin məlum səbəbdən bir neçə müddətdir səssizliyə qərq olmuş Qəbələ küçələri artıq heyvanların rahat gəzinti məkanına çevrilib. Dünən gecə saat 23.35 radələrində rayonun Həzi Aslanov küçəsində ayı balası qaçarkən görüntülənib. Şahidlərin sözlərinə görə, ayı balası şəhər mərkəzindən 5 km aralıda Dəmiraparan çayının sahilində görünüb. Ərazidə iki böyük otel və istirahət mərkəzləri yerləşir və rayonun ən çox turizm obyektlərinin olduğu ərazidir. Güman olunur ki, heyvan ac olduğundan yem tapmaq məqsədilə gəzintiyə çıxıb. Onu da qeyd edim ki, çayın sol sahilində 350-400 m aralıda dağlıq ərazi yerləşir.