Balakəndə həmkəndlisinin evindən oğurluq edən şəxslər saxlanılıb...

15 2020 16:16

Rayon Polis Şöbəsinə rayonun Katex kəndində yerləşən evlərin birindən 1200 manat dəyərində televizorun və digər məişət əşyalarının oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu edən şəxslərin Balakən rayonunun Katex kənd sakinləri 27 yaşlı Nadir Nürəddinov və 28 yaşlı Əhməd Süleymanov olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılıblar və törətdikləri cinayət əməlini etiraf ediblər. Faktla bağlı RPŞ-də araşdırma aparılır.