"EvdəQal-biz gələrik"...

13 2020 16:38

Qaxda isə hüquq-mühafizə orqanlarının əməkdaşları aztəminatlı ailələrə ərzaq yardımı edib. "EvdəQal-biz gələrik" şüarı altında baş tutan aksiyada yaşı 65-dən yuxarı vətəndaşların evdənçıxma qadağası nəzərə alınaraq Qax Rayon Polis Şöbəsi və Prokurorluğunun əməkdaşları tənha yaşayan ahıl sakinlərə, eləcə də aztəminatlı ailələrə baş çəkiblər. Rayon ərazisində 20-dən artıq belə ailə ziyarət edilib, onlara ərzaq sovqatı paylanılıb. Həmçinin bir daha həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, qaydalara uyğun olaraq evdə qalmalarının vacibliyi diqqətə çatdırılıb. Polis əməkdaşları ahıl insanlara rayon polis şöbəsinin daxili telefon nömrəsini xatırladaraq, istənilən halda əlaqə saxlamalarını və polislərin onların yardımına gələcəyini bildiriblər.