Şəki Şəhər İcra Hakimiyyəti yardım aksiyası keçirib...

13 2020 16:15

Respublikamızda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq, Şəki şəhər İcra Hakimiyyəti də aztəminatlı ailələrə ərzaq yardımı kampaniyasına start verib. Aksiya çərçivəsində aztəminatlı ailələrə, karantin rejiminin tələblərinə uyğun olaraq evdə qalan yaşı 65-dən yuxarı tənha, ahıl insanlara, imkansız şəxslərə ərzaq yardımı edilib. İcra hakimiyyətinin əməkdaşları Şəkinin müxtəlif ərazilərində yaşayan insanları evlərində ziyarət edərək onlara yardım payını təqdim edib, sosial izolyasiya tədbirləri ilə bağlı tövsiyyələr veriblər. Yardım aksiyası əvvəlcədən müəyyənləşdirilmiş və müraciətlər əsasında hazırlanmış siyahıya uyğun həyata keçirilib.