Şamaxıda aparılan reydlər​ zamanı bir sıra qayda pozan sakinlər saxlanılıb...

13 2020 12:09

Koronavirus (COVID-19) epidemiyasının yayılma təhlükəsi ilə əlaqədar Azərbaycanda tətbiq olunan gücləndirilmiş karantin rejiminə bəzi vətəndaşlar tərəfindən yenə riayət olunmur. Şamaxı rayonunda da aparılan reydlər​ zamanı bir sıra qayda pozan sakinlər saxlanılıb. Rayon ərzində çəkiliş apardığımız zaman heç bir icazəsi olmadan alış- verişə çıxan sakinlərə də rast gəldik. Aparılan​ yoxlama zamanı​ karantin rejimini pozan sürücü və sərnişinlər polis əməkdaşları​ tərəfindən qanuna müvafiq olaraq cərimələniblər. Bir həftə içərisində Şamaxı rayon​ polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərini pozan 100 dən çox vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə tətbiq ediblər və onlar 100-200 manat məbləğində cərimə olunublar. Rayonda aparılan reyd zamanı karantin rejiminin tələblərini daha kobud şəkildə pozan restoran və bərbərxana olmaqla ümumilikdə​ 4 nəfər barəsində isə həbs cəzası tətbiq edilib.