Zaqatalada ağır yol qəza hadisəsi baş verib...

11 2020 14:23

Zaqatalada baş verən yol qəzasında bir nəfər ağır xəsarət alıb. Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala şəhəri ərazisindən keçən hissəsində baş verib. Zaqatala şəhər sakinləri 33 yaşlı Ülvi Əmirovun idarəetdiyi “Mersedes” markalı 62 BK 997 dövlət nömrə nişanlı minik avtomobili ilə 35 yaşlı Ramin Şabanovun idarəetdiyi “Mersedes” markalı 99 NO 062 dövlət nömrə nişanlı minik avtomobili toqquşub. Qəza zamanı ağır qapalı kəllə-beyn travması alan Ülvi Əmirov komatoz vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ülvi Əmirova ilkin yardım göstərildikdən müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. Digər avtomobilin sürücüsü Ramin Şabanovun xəsarəti yüngül olduğundan o müayinə edildikdən sonra evə buraxılıb. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.