Qaxda karantin rejimi qaydalarını pozan 2 nəfər həbs olunub...

06 2020 18:07

Rayon ərazisində polis əməkdaşları tərəfindən aparılan maarifləndirici söhbətlər və edilən xəbərdarlıqlara baxmayaraq, yenə də xüsusi karantin rejim qaydalarını pozan şəxslərə rast gəlinib. Belə ki, karantin rejimi qaydalarını pozaraq Bakı şəhəri istiqamətində sərnişin daşımaq istəyən Qax rayon Qum kənd sakini Xəyal Rəsulov, o cümlədən rejim qaydalarını pozaraq heç bir zərurət olmadan çöldə gəzən Rəsul Əminov polisin qanuni tələbinə məhəl qoymayıb, əməllərini davam etdirdiyinə görə, saxlanılıblar. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati həbs ediliblər.