İsmayıllıda evdə qalan vətəndaşlar dərmanla təmin olundu...

03 2020 16:43

Koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərərgah qərarları ilə bağlı İsmayıllı rayonunda da maarifləndirmə, dezinfeksiya işləri davam etdirilir. Rayon İcra Hakimiyyəti və Mərkəzi Xəstəxana güzəştli qaydada dərman vasitələri ilə təmin olunan vətəndaşlara dərmanların ünvanlarına göndərilməsi barədə qərar qəbul edib. Mərkəzi Xəstəxananın və ərazilər üzrə tibb məntəqələrinin, RİH başçısının İnzibati Ərazi Dairələri üzrə Nümayəndəliklərinin əməkdaşları, həmçinin rayon könüllülərinin köməkliyi ilə rayonun bütün yaşayış məntəqələri üzrə dərmanlar pulsuz olaraq evlərə çatdırılıb.