Qaxda xüsusi karantin rejimi ilə əlaqədar tədbirlər davam etdirilir...

01 2020 17:50
Xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər Qax rayonunda da davam etdirilir.
Karantin rejimi ilə əlaqədar rayona giriş-çıxış məhdudlaşdırılıb. Bu məqsədlə Qax Rayon Polis Şöbəsinin Yol Patrul və Post Patrul Xidməti əməkdaşları tərəfindən postlar qurulub, avtomobillər saxlanılır, sürücü və sərnişinlər yoxlanılır. Həmçinin rayon ərazisində polis əməkdaşları tərəfindən mütəmadi olaraq sakinlərlə maarifləndirici söhbətlər aparılır, xidməti avtomobillərdə olan səsgücləndiricilər vasitəsilə tələb və tövsiyələr vətəndaşların diqqətinə çatdırılır. Həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur. Həmçinin fəaliyyət göstərməsinə icazə verilmiş obyektlər istisna olmaqla, digər ictimai iaşə müəssisələrinin işləməsi karantin rejiminə uyğun olaraq dayandırılıb və rejim qaydalarının pozulmaması üçün Qax RPŞ-nin əməkdaşları tərəfindən nəzarət aparılır.