Zaqatalada polis yaşlı insanlara ərzaq yardımı etdi...

31 2020 17:44

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları xüsusi karantin rejim qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, tənha yaşayan, eləcə də maddi cəhətdən imkanı zəif olan yaşlı insanlara baş çəkib. 65 yaşdan yuxarı şəxslərin çölə çıxa bilməmələri nəzərə alınaraq müxtəlif ərzaq məhsullarından ibarət bağlamalar onlara öz evlərində təqdim edilib. Polis Şöbəsinin əməkdaşları 20-dən çox belə ailəyə baş çəkib və onlara köməklik göstərib. Yaşlı insanlar tərəfindən də bu aksiya böyük sevinclə qarşılanıb. Həmçinin polis əməkdaşları da həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparıb, karantin rejim qaydalarına riayət etmələrinin vacib olduğu onların diqqətinə çatdırılıb.