Xüsusi karantin rejimi ilə bağlı Şəkidə tədbirlər görülməyə davam edir...

30 2020 13:36

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəki şəhərində tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər həyata keçirilir. Şəhər İcra Hakimiyyəti yanında yaradılan operativ qərargah dezinfeksiya işlərinə nəzarət edir. Növbəti dezinfeksiya şəhərdə yerləşən yaşayış binalarında aparılıb. Binaların giriş hissələri, bloklar, binanın həyəti dezinfeksiyaedici maddələrlə yuyulur. Həmçinin Şəki şəhər İcra hakimiyyətinə məxsus avtobus küçələri gəzərək sakinləri xüsusi karantin rejiminə riayət etməyə çağırır. Bununla yanaşı, Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün şəhər icra hakimiyyətinin və polis şöbəsinin əməkdaşları mütəmadi olaraq yaşı 65-dən yuxarı olan şəxslərlə maarifləndirici söhbətlər aparır və onların evdə qalmalarının həm özləri, həm də digər şəxslərin sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılır. Həyata keçirilən bütün tədbirlər sakinlərin sağlamlığının qorunmasına xidmət edir.