Şamaxıda koronavirus əleyhinə tədbirlər gücləndirilib...

26 2020 16:07
Respublikamızın hər yerində olduğu kimi Şamaxı rayonunda da Koronavirus infeksiyasının rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına uyğun olaraq, Şamaxı ərazisində yaşayış binalarının həyətlərində, idarə və müəssisələrdə, ümumilikdə bütün ictimai yerlərdə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılır. Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və əlaqədar qurumların mütəxəssislərinin iştirakı ilə şəhərin küçələri suya xüsusi dezinfeksiyaedici maddələr qatılmaqla yuyulur. Həmçinin mütəmadi olaraq rayonun yaşayış məntəqələrində əhali arasında maarifləndirmə işləri həyata keçirilir, şəxsi və kollektiv gigiyena tələblərinə riayət etməyin vacibliyi diqqətə çatdırılır. Əhalinin sağlamlığının qorunması məqsədi ilə aparılan tədbirlər davam etdiriləcək.