Balakəndə oğrular mağaza sahibini boğdu...

24 2020 17:57

Balakən Rayon Polis Şöbəsinə rayonun Gərəkli kəndində quldurluq hadisəsi baş verməsi barədə məlumat daxil olub. Kənd sakini Vaqif Rüstəmova məxsus mağazaya gecə saatlarında oğurluq məqsədilə gəlmiş 2 şəxs mağaza sahibinin orada olduğunu bildikdə onu arxadan boğaraq bıçaqla xəsarət yetirmək istəyiblər. Vaqif Rüstəmov həmin şəxslərə qarşı müqavimət göstərdikdə onlar qaçaraq həmin ərazidən uzaqlaşıblar. Balakən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq cinayətini törətmiş şəxslərin zərərçəkmişin həmkəndliləri, əvvəllər məhkum olunmuş 23 yaşlı Abdulla Abdullayev və 27 yaşlı Orxan Abdullayev olduqları müəyyən olunub. Onlar şübhəli şəxs qismində saxlanılıb, törətdikləri cinayət əməlini etiraf ediblər. Hər iki şəxs barəsində Balakən RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.