İsmayıllıda aztəminatlı ailələr bayram sovqatı ilə sevindirilib...

20 2020 15:14

Novruz bayramı münasibətilə İsmayıllıda rayon icra hakimiyyətinin əməkdaşları şəhid, məcburi köçkün, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələrə baş çəkib, onları bayram sovqatı ilə sevindirib, qayğıları ilə maraqlanıblar. İcra hakimiyyətinin təşəbbüsü ilə reallaşan layihənin məqsədi vətəndaşların sosial rifahının yüksəldilməsinə töhfə vermək, onlara qayğı göstərmək, xüsusi qayğıya ehtiyacı olan ailələrə bayram əhval-ruhiyyəsi bəxş etməkdir. Aztəminatlı ailələr göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.