Canavarlar eyni tövləyə ikinci dəfə hücum etdi...

19 2020 15:47

Oğuzda canavarlar eyni təsərrüfata bir həftədə ikinci dəfə hücum edib. Bayan kəndinə hücum edən bir-neçə canavar Adil Cabbarovun yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinə soxulub. Heyvanların səs-küyünə gələn ev sahibi iki baş qoyunun yerdə çabaladığını görüb. İki gün əvvəl də eyni tövləyə hücum edən canavarlar 14 baş qoyunu öldürüb, 2 baş heyvanı özləri ilə aparıb, daha 14 baş qoyun quzunu isə yaralayıb. Kənd ərazisində, meşədən uzaq yerdə vəhşi canavarların yaşayış ərazilərinə ard-arda hücum etməsi sakinlərin narahatlığına səbəb olub.