Oğuzda canavarlar kəndə hücum edib...

18 2020 11:33

Hadisə martın 16-dan 17-nə keçən gecə rayonun Bayan kəndində qeydə alınıb. Kəndə hücum edən bir-neçə canavar kənd sakini Adil Cabbarovun yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsinə soxulub. Canavarlar tövlədə olan xırdabuynuzlu heyvanlardan 14-nü parçalayıb, 2 heyvanı aparıb daha 14 baş heyvanı isə yaralayıb. Təsərrüfat sahibi hadisə ilə bağlı müvafiq qurumlara müraciət etdiyi bildirib. Canavarların parçaladığı heyvanlar kəndin ərazisində baytarlıq təlimatlarına uyğun olaraq basdırılıb, ərazi dezinfeksiya edilib.