Zaqatalada yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi ilə reyd keçirildi...

16 2020 14:58

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi ilə şəhərin müxtəlif ərazilərində reyd keçirib. Reydin keçirilməsində əsas məqsəd ödənməyən cərimələrin müəyyən edilməsi ilə bağlı olub. Belə ki, DYP əməkdaşları tərəfindən həmin avtonəqliyyat vasitələri saxlanılıb, port kompyüterlər vasitəsi ilə onlar yoxlanılıb, müddəti keçmiş, ödənməyən cərimələri olan avtonəqliyyat vasitələri müvəqqəti duracağa yerləşdirilib.