Şəki idmançıları beynəlxalq yarışda qələbə qazanıblar...

13 2020 16:37

Şəki idmançıları növbəti yarışdan qayıdıblar. Bu dəfə idmançılar Baku Open 11-ci beynəlxalq yarışda iştirak ediblər. Yarışa ümumilikdə 800-dən çox idmançı qatılıb. Şəkini isə 4 müəllim və 15 idmançı təmsil edib. Yarışda Şəkini təmsil edən 4 idmançı müvafiq yerləri tutublar. Həmçinin yarış dünya karatesinin briliantı sayılan Rafael Ağayevin 35 illik yubileyinə də həsr edilib.