17 yaşlı oğlana yırtıcı heyvan hücum edib...

11 2020 17:07

Oğuzda 17 yaşlı oğlana yırtıcı heyvan hücum edib. Hadisə rayonun Ərmənət kəndində qeydə alınıb. Kənd sakini, Murad Seyidəhmədov yaşadığı evin darvazasından küçəyə çıxarkən çaqqal ona qəfil hücum edib və sağ ayağının diz nahiyəsindən dişləyib. Murad Seyidəhmədova Oğuz Rayon Mərkəzi Xəstəxanasında tibbi yardım göstərilib və quduzluğa qarşı peyvənd olunub.