Oğuzun Xalxalqışlaq kənd sakinlərinin su problemi həll olunub...

10 2020 17:09

İllərdir su problemindən əziyyət çəkən Oğuzun Xalxalqışlaq kənd sakinlərinin problemi həll olunub. 48 ailənin yaşadığı kəndə 7 km aralıda yerləşən Seyidəhməd bulağından yeni su xətti çəkilib. Layihə çərçivəsində 15 tonluq su çəni,15 yerdə su qurğusu və bir bulaq kompleksi quraşdırılıb. Kəndin su ilə təmin olunması sakinlərin sevincinə səbəb olub. Qeyd edək ki, sakinlər indiyədək su ehtiyacını çay suyundan istifadə etməklə və ya su almaqla təmin edirdi.