Şəkidə ev yanıb...

06 2020 13:53

Hadisə səhər saatlarında Şəkinin 125-ci kvartal adlanan ərazisində qeydə alınıb. Yanğın 40 yaşlı Anar Göyüşova məxsus 2 mərtəbəli və mansardan ibarət 168 kavdrat metr sahəsi olan fərdi yaşayış evində baş verib. Yanğın nəticəsində mansarın yanar konstruksiyaları və 2-ci mərtəbənin tavanının 10 kvadrat metr sahəsi yanıb. Əraziyə dərhal Şəki Yanğından Mühafizə hissəsinin briqadaları cəlb edilib . Yanğınsöndürənlərin səyi nəticəsində yanğının evin qalan hissəsinə keçməsinin qarşısı alınıb. Yanğının çıxma səbəbləri araşdırılır.