“5 Mart Bədən Tərbiyəsi və İdman Günü” İsmayıllıda qeyd edilib...

05 2020 16:48

Tədbirdə dövlətin bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan danışılıb. Əldə olunan uğurlarda İsmayıllı idmançılarının rolu vurğulanıb. Ölkəmizin çoxsaylı mötəbər turnirlərə ev sahibliyi etməsi, bunların sırasında I Avropa oyunları, Formula-1 Azərbaycan Qran Prisi, 42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəylik Oyunları xüsusi olaraq qeyd edilib. Bildirilib ki, ölkəmiz qeyd edilən yarışları yüksək səviyyədə təşkil etməklə dünya idman tarixində silinməz iz qoyub. Tədbirin sonunda rayon və respublika miqyaslı yarışlarda uğur qazanmış idmançılar Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif ediliblər. Daha sonra İsmayıllı rayon Gənclər və İdman idarəsinin kollektivi İdman İctimaiyyəti ilə birgə İsmayıllı rayon Diyallı kənd sakini, veteran cüdoçu, sanboçu, pəhləvan Hikmət Əhmədovun evinə gedib, ona baş çəkiblər. Gənclər və İdman idarəsi veteran pəhləvanımızı idmanda göstərdiyi nailiyyətlərə, verdiyi töhvələrə görə fəxri fərmanla təltif edib.