Qax məktəblərində də dezinfeksiya işləri aparılır...

05 2020 14:38

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Qax rayonunda da profilaktik tədbirlərə - dezinfeksiya işlərinə başlanılıb. Qaxın bütün ümumtəhsil və məktəbəqədər hazırlıq müəssələrində tibbi-profilaktik və qabaqlayıcı tədbirlər həyata keçirilir. Gigiyena və Epidemiologiya mərkəzi tərəfindən həyata keçirilən dezinfeksiya tədbirləri martın 9-na kimi davam etdiriləcək. Bu müddət ərzində rayondakı bütün təhsil müəssisələri və məktəbəqədər hazırlıq müəssisələri tam dezinfeksiya olunacaq.Qeyd edək ki, Qax rayonunda 53 ümumtəhsil müəssəsi və 36 məktəbə qədər hazırlıq müəssəsi fəaliyyət göstərir.