“Nəsimi Yurdunda Nəsimi Yaradıcılığı”

03 2020 16:38

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “Nəsimi yurdunda Nəsimi yaradıcılığı” layihəsi çərçivəsində forum təşkil olunub. XIII Qrant müsabiqəsi çərçivəsində C kateqoriyalı müsabiqədə Pedaqoji Universitetin Şamaxı filialının tələbəsi Güldəstə Nəsibli “Nəsimi Yurdunda Nəsimi Yaradıcılığı” adlı layihə ilə qalib olub. 100-dən artıq tələbə-gəncin iştirak etdiyi layihə forum formatında həyata keçirilib. Tədbirdə Nəsimi irsi, onun həyatı haqqında müxtəlif mənbələrdə verilmiş sitatlar, mübahisəli məqamlar, dahi şairin yaradıcılığı ilə dünyagörüşü arasında sıx bağlılıq, sufizm və hürufilik, Nəsimi obrazının bədii ədəbiyyatda və incəsənətdə işlənmə vəziyyəti barədə geniş məlumatlar verilib. Həmçinin layihənin məqsəd və vəzifələrindən, gözlənilən nəticələrdən bəhs edilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.