Elektron qolbaq daşıyıcısından qanunsuz saxladığı odlu silah götürülüb...

03 2020 14:48

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçirib. Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində yivli silah saxlamaqda şübhəli bilinən Zaqatala şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş və hal-hazırda elektron qolbaq daşıyıcısı Əşrəf Hacızadə saxlanılıb. Onun şəhər ərazisində yaşadığı evə baxış keçirilən zaman “Belka” markalı odlu silah aşkar edilərək götürülüb. O, ifadəsində həmin silahı satmaq məqsədində olduğunu bildirib. Faktla bağlı Zaqatala RPŞ-də Əşrəf Hacızadə barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.