İsmayıllı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib...

02 2020 18:23
"Ford Tranzit" və "VAZ 2107" toqquşub, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Hadisə İsmayıllı Muğanlı yolunun Diyallı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 23-BC-086 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı yük maşını və 10-FZ-877 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobilinin toqquşması nəticəsində İsmayıllı sakinləri, İsmayılzadə Musa Əlişir oğlu və Əzimov Rüstəm Ramiz oğlu dünyasını dəyişib, Səlimov Nadir Ağasəf oğlu, Səlimov Nahid Ağasəf oğlu və Şöhrət Dünyamalıyev müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan 2-nin vəziyyəti ağırdır. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.