“Şəkini Addım-Addım tanıyaq”

02 2020 17:51

Şəkidə Gənclər fondunun maliyə dəstəyi ilə “Şəkini Addım-Addım tanıyaq” layihəsi çərçivəsində gənclər arasında intelektual oyun keçirilib. Yarışmaya tərkibi 5 nəfərdən ibarət 15-dən çox komanda qatılıb. Layihənin keçirilməsində əsas məqsəd gənclərə Şəkinin tarixini, mədəniyyətini aşılamaqdır. Bəxtiyar Vahabzadə adına parkda start götürən yarışdan öncə komandalara suallar paylanılıb. Bildirilib ki, sualların cavabları şəhərin müxtəlif yerlərində gizlədilib və hər bir komanda digərindan daha tez həmin cavabları tapmalıdır. Qaydalar izah edildikdən sonra yarışmaya start verilib.