70 yaşlı kişi yol qəzasının qurbanı oldu...

27 2020 12:34

Axşam saatlarında Qax şəhəri ərazisində 70 yaşlı Məmmədəli Soltanov yolu keçmək istəyən zaman “VAZ” markalı minik avtomobili tərəfindən vurulub. Qəza zamanı ağır bədən xəsarətləri alan Məmmədəli Soltanov Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirildikdən bir qədər sonra keçinib. Qeyd edək ki, dünyasını dəyişən Məmmədəli Soltanov uzun illər Qax Tütün İstehsalı və Emalı Məntəqəsinin müdiri vəzifəsində çalışıb. Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.