Zaqatalada Dövlət İdarəetmə və Texnologiya Kollecinin əsas binası yanıb...

26 2020 13:03

Gecə saat 03:40 radələrində Zaqatala şəhərinin Nizami küçəsində yerləşən Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin ümumi sahəsi 1000 kv/m olan əsas binasında yanğın baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğının genişlənərək kollecin digər iki binasına keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində kollecin əsas binasının yanar konstruksiyaları içərisindəki avadanlıqla birlikdə yanıb. Xəsarət alan olmayıb. Qeyd edək ki, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Zaqatala Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılıb.