Şəki-Qax yolunda yanğın, avtomobillərin hərəkəti çətinləşdi...

24 2020 18:01

Şəkidə 1,4 hektar ərazidə yanğın baş verib. Hadisə günorta saatlarında Şəki-Qax magistral yolunda, Aşağı Göynük və İnçə kəndləri yaxınlığında baş verib. Güclü külək səbəbindən geniş əraziyə yayılan yanğın və qatı tüstü avtomobillərin hərəkətində çətinlik yaradıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının daha da genişlənməsi və yaxınlıqdakı meşə zolağına keçməsinin qarşısı alınıb.