Balakəndə insanları zəhərləyən daha üç nəfər saxlanıldı...

24 2020 12:50

Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfər saxlanılıb. Polis Şöbəsinin əməkdaşları keçirdiyi əməliyyat zamanı rayonun Mahmalar kənd sakini, 24 yaşlı Kənan Misirov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən 0,49 qaram qrudulmuş marixuana aşkar edilərək götürülüb. Araşdırma zamanı Kənan Misirov narkotik vasitəni həmkəndlisi Həsrət Xalayevdən aldığını bildirib. Saxlanılan Həsrət Xalayevdən bir ədəd kağız bükülüdə çəkisi 6,61 qram qrudulmuş marixuana götürülüb. Həsrət Xalayev istintaqa verdiyi ifadəsində narkotik vasitəni rayonun Gərəkli kənd sakini Mahirbəy Abbasovdan aldığını bildirib. Mahirbəy Abbasovun yaşadığı evdən isə axtarış zamanı bir ədəd salafon torbada təmiz çəkisi 139,59 qram narkotik vasitə hesab edilən qrudulmuş marixuana aşkar edilib.