Zaqatalada 34 yaşlı kişi həmkəndlisini bıçaqlayıb

21 2020 17:02

Zaqatalada 34 yaşlı kişi həmkəndlisini bıçaqlayıb. Hadisə rayonun Qandax kəndində baş verib. Kənd sakinləri 34 yaşlı Tural Bayramovla 42 yaşlı Natiq Əliyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Tural Bayramov üzərində olan bıçaqla Natiq Əliyevi sağ kürək nahiyəsindən bıçaqlayıb. Xəsarət alan Natiq Əliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.