Zaqatalada 25 yaşlı gənc bıçaqlandı

20 2020 12:37

Axşam saatlarında Zaqatalanın Yolayrıc kəndində bıçaqlanma hadisəsi baş verib. Kənd sakinləri - 37 yaşlı Ramazan Quziyev ilə 25 yaşlı Səfər Əhmədov arasında baş verən mübahisə qanla bitib. Ramazan Quziyev üzərində olan bıçaqla Səfər Əhmədovun döş qəfəsinin sol nahiyəsinə xəsarət yetirib. Kəsilmiş-deşilmiş və daxilə nüfuz edən bıçaq yarası xəsarəti alan Səfər Əhmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.