Təhsil Nazirliyi və ANAMA növbəti müşavirəni Şamaxıda keçirdi

19 2020 14:05

Təhsil Nazirliyi və ANAMA “Təhsil müəssisələrinin ərazilərində hərbi sursat və tərkibində partlayıcı maddə olan qurğuların aşkar edilməsi, zərərsizləşdirilməsi, müəllim-şagird heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə növbəti müşavirəni Şamaxıda keçirib. Müşavirəyə Təhsil Nazirliyi və ANAMA rəsmiləri ilə yanaşı, Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Kürdəmir, Göyçay, Ucar, Zərdab Rayon Təhsil şöbələri və təhsil müəssisələrinin rəhbərləri, hərbi rəhbərlər də qatılıb. Tədbirin məqsədi gənclərin çağırışaqədərki hazırlığı fənninə aid kabinetlərdə təlim silahlarının, sursatlarının və elektron silahların saxlanma qaydaları barədə geniş məlumat vermək, təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyini göstərmək, hərbi rəhbərlərin bilik və bacarıqlarını daha da inkişaf etdirməkdir. Təlimdə çıxış edənlər GÇH fənninin şagirdlərin Azərbaycan ordusu sıralarında hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazır olmasında, vətənpərvər ruhlu vətəndaş kimi formalaşmasında mühüm rol oynadığını bildirib. Yerlərdə aparılan işlər zamanı yol verilən nöqsanlardan, bu sahədə çalışan bəzi əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin vacibliyindən də danışılıb. Sonda iştirakçıların sualları cavablandırılıb.