“Şəhərdən Kəndə” layihəsi çərçivəsində maarifləndirmə təlimləri keçirilir.

19 2020 11:13

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində müxtəlif regionlarda fəaliyyət göstərən fermerlərə maarifləndirmə təlimlərinin keçirilməsinə start verilib. Ümumilikdə 60-a yaxın fermerin iştirak etdiyi ilk təlimlər Lənkəran, İsmayıllı və Zaqatala rayonunda keçirilib. Maarifləndirmə təlimlərinin təşkilində əsas məqsəd aqroturizmin əsas prinsipləri və beynəlxalq təcrübələri ilə yerli fermerləri tanış etmək, onları aqroturizm xidmətlərinin göstərilməsi mövzularında məlumatlandırmaqdır. Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsi regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı və əlavə gəlir mənbəyi, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanı yaratmaq məqsədi ilə həyata keçirilir.