Balakəndə narkotikə görə 5 nəfər saxlanılıb, daha bir nəfər isə axtarılır.

19 2020 11:07
Balakən polisi növbəti əməliyyat-axtarış tədbiri keçirib.Balakən şəhər sakini, 26 yaşlı Elşad Məsiyevin yaşadığı evə baxış keçirilib. Ordan 13 ədəd kağız bükülüdə ümumi çəkisi 1, 689 qram narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülüb. İlkin araşdırma zamanı Elşad Məsiyev narkotik vasitəni 39 yaşlı Mətləb Yusubovdan aldığını bildirib. Tədbir zamanı Elşad Məsiyevin evində qonaq qismində olan Balakən şəhər sakinləri 45 yaşlı Qəhraman Bayramov və 37 yaşlı Mətin Məmmədovun narkotik vasitə qəbul etdikləri müəyən olunub. Qəhraman Bayramovun üzərinə baxış zamanı ondan 0, 455 qram, Mətləb Yusubovun yaşadığı evdən isə təmiz çəkisi 0, 691 qram heroin aşkar edilərək götürülüb. Keçirilmiş digər tədbir zamanı rayonun Gərəkli kənd sakinləri 43 yaşlı Nurullah Kutlasovun yaşadığı evdən 7,34 qram, 37 yaşlı Elşad Abduli oğlu Mustafayevin yaşadığı evdən isə 41,36 qram narkotik vasitə hesab edilən qrudulmuş marixuana götürülüb. Hər üç fakt üzrə Balakən RPŞ-də cinayət işi başlayıb. Elşad Mustafayev istisna olmaqla digərləri şübhəli şəxs qismində saxlanılıb. Elşad Mustafayevin tutulması istiqamətində tədbir aparılır.