Zaqatalada 31 yaşlı kişi həmkəndlisini başından bıçaqladı...

14 2020 14:31

Zaqatalada 31 yaşlı kişi həmkəndlisini bıçaqlayıb. Hadisə rayonun Qandax kəndində baş verib. Kənd sakini, 31 yaşlı Elnur Kərimov şəxsi münaqişə zəminində həmkəndlisi 28 yaşlı Fərid Süleymanovu başından bıçaqlayıb. Fərid Süleymanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.