SABAH IV Karyera Qış Məktəbi təlimlərə başlayıb...

13 2020 14:40

SABAH Karyera Akademiyası çərçivəsində Şamaxıda SABAH IV Karyera Qış Məktəbinin təlimlərinə start verilib. Qış Məktəbində 76 tələbə iştirak edir. 3 gün ərzində tələbələr gələcək karyera istiqamətləri üzrə müxtəlif təlimlərdə iştirak edəcəklər. Qış Məktəbində təlim və seminarlar işədüzəlmə akademik fəaliyyət və sahibkarlıq mövzularını əhatə edir. Təlimin birinci günündə müvafiq istiqamətlər üzrə SABAH Karyera Akademiyasının tərəfdaş şirkət və qurumlarının peşəkar əməkdaşları təlim keçib. Qış Məktəbində əlavə olaraq, ixtisasından asılı olmayaraq bütün tələbələri maraqlandıran “Emosional intellekt”, “Əmək qanunvericiliyi” mövzularında seminarlar da keçiriləcək. Qeyd edək ki, SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən ibarət qruplardır. Bu qruplar hazırda 11 ali təhsil müəssisəsində 36 ixtisas üzrə 2400-dən çox tələbəni əhatə edir.