Zaqatalada da vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsinə başlanılıb...

11 2020 16:55

Şəkinin ardınca Zaqatalada da vəhşi heyvanların quduzluğa qarşı peyvəndlənməsinə başlanılıb. Bu məqsədlə rayona 4900 ədəd xüsusi kapsul vaksin göndərilib. Peyvəndləmə işlərinə son iki il ərzində vəhşi heyvanların şəxsi təsərrüfata ən çox hücum etdiyi Makov kəndindən start verilib. Balıq ətindən hazırlanmış kapsulların içərisinə yerləşdirilən vaksinlər əsasən meşəlik ərazilərdə ağac və kol diblərinə qoyulur ki, çaqqal, canavar, çöl pişiyi kimi vəhşi heyvanlar bu peyvəndi qida bilib yesinlər. Vaksini yeyən yoluxmamış sağlam heyvanda quduzluğa qarşı imunitet yaranır, heyvan quduzluğa yoluxmur. Vaksin xəstə vəhşi heyvan tərəfindən yeyildikdə isə bu onun ölümünü tezləşdirir. Bu cür peyvəndləmə üsulu vəhşi heyvanlar arasında quduzluq xəstəliyinin yayılmasını tam önləməsə də çoxalmasının və şəxsi təsərrüfatlara zərərin qarşısının alınmasında effektiv hesab olunur.