Şaxtalı havanın yaratdığı çətinliklər...

10 2020 15:56

Şimal-qərb bölgəsinə yağan güclü qar bəzi çətinlikllərə səbəb olub. Ucqar dağ kəndləri ilə əlaqə kəsilib, magistral yollarda hərəkət sürücülər üçün əsl imtahana çevrilib. Şimal-qərb bölgəsində qeyri sabit hava şəraiti davam edir. Dağ kəndlərinə düşən qarın hündürlüyü təxminən 40-50 sm-ə çatıb. Şamaxının Zaratxeybəri, Pirqulu və Səfalı kəndləri ilə nəqliyyat əlaqəsi kəsilib. Hava şəraitinin kəskin dəyişməsi Bakı-Şamaxı-Yevlax magistralında da nəqliyyatın hərəkətinə ciddi çətinlik yaradıb. Buz üstündə sürüşən avtomobillər qəza vəziyyəti yaradıb. Ərazidə çəkiliş aparan əmkdaşlarımız da təhlükə ilə üz-üzə qalıb. Axşam saatlarına yola qum-duz qarşığı tökülsə də, təkrar şaxtalı hava yolda buzlaşmaya səbəb olub. Səhər saatlarında Muğanlı-İsmayıllı yolunun bir çox ərazilərində nəqliyyatın hərəkəti məhdudlaşıb. Ərazidə 50-dən çox maşın qalıb. Sərt yoxuşlarda hərəkət edə bilməyən sürücülər geri qayıtmaq məcburiyyətində qalıb. Yol idarəsinin işçiləri buz tutan ərazilərə qum-duz qarışığı səpir, yollar qardan təmizlənir. Gecə saatlarına doğru şaxta düşməsi ehtimalını nəzərə alaraq sürücülərə ehtiyatlı olmaları məsləhət görülür.