Şəkidə yanğın iki ailəni evsiz qoydu...

10 2020 11:47

Şəkidə yanğın baş verib. Şəki şəhəri Novruz küçəsi ev 7 də yaşayan iki ailə evsiz qalıb. Yanğın Şəki sakini 96 yaşlı Məmmədəli İbrahimova məxsus evdə meydana gəlib. Yanğın nəticəsində ümumi sahəsi 150 kvadrat metr olan 1 mərtəbəli, 3 otaqlı və bir aynəbənddən ibarət evin yanar konstruksiyaları külə dönüb. Hadisə yerinə FHN-nin Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və canlı qüvvəsi cəlb edilib. Yanğının qarşısı digər tikililərə keçmədən alınıb. Faktla bağlı araşdırma aparılır. Hadisənin baş vermə səbəbi araşdırmalardan sonra bilinəcək.