12 nəfərin yaşadığı ev yandı...

09 2020 19:21

Qaxda 4 ailənin yaşadığı ev yanıb. Yanğın hadisəsi günorta saatlarında rayonun Qorağan kəndində baş verib. 70 yaşlı İsmayılova Səhirnaz Fəzail qızına məxsus 4 otaqdan ibarət olan evin 3 otağı içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Hadisə yerinə 4 yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub. Dördotaqlı evin bir otağı və yaxındakı tikililər yanğından mühafizə olunub. Qeyd edək ki, həmin evdə 4 ailə - 12 nəfər yaşayır. Faktla bağlı araşdırma aparılır.